Logo

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində müəllimləri əməkdaşlığa dəvət edir

13.01.2022 16:23 865 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

Tehsil.biz xəbər verir ki, “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması çərçivəsində aşağıdakı fənni tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir:

1.Datalogiyaya giriş (məlumatlarla işləməyin müxtəlif yolları, məlumat toplusunun təhlilinin nəticələrinin vizuallaşdırılma üsulları, statistik, klaster və reqressiya təhlili metodlarından istifadə edərək proqram yazma və s.);

Namizədlərə qarşı tələblər:
1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
4. İKT resurslarından sərbəst istifadə bacarıqları;
5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqdır.
Müraciət üçün son tarix: 19 yanvar 2022-ci il, saat 23:59

Xəbər lenti