Logo

Məktəblilər arasında şahmat yarışı keçirilib

13.01.2022 15:35 61 baxış
IMG

Paytaxt məktəbliləri arasında şahmat idman növü üzrə yarış keçirilib.

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə keçirilən yarış Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunub.

Bu barədə "Tehsil.biz" ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə baş tutan yarışda paytaxtdakı 5, 9, 14, 19 və 211 nömrəli tam orta məktəblərin şahmat həvəskarı şagirdləri mübarizə aparıb.

I, II, III yerin qaliblərinə medal və müxtəlif hədiyyələr təqdim olunub. İştirakçı şagirdlər isə sertifikat ilə təltif ediliblər.

Qeyd edək ki, mükafatlandırmada Vüqar Həşimovun adını daşıyan akademiyanın nümayəndələri, görkəmli şahmatçının ailə üzvləri, 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllimləri iştirak edib.

Xəbər lenti