Logo

Gəncə Dövlət Universitetində 800-dən artıq tələbə imtahanlarda iştirak edir

13.01.2022 15:27 517 baxış
IMG

Dünən Gəncə Dövlət Universitetində (GDU) 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

GDU-dan bildirilib ki, imtahanların başlanması ilə əlaqədar universitetin rektoru, professor Yusif Yusibov 2-ci tədris korpusunda olub, imtahanların gedişi ilə maraqlanıb.

Qeyd edək ki, şifahi imtahanlar gün ərzində 3 növbəli keçirilir. Hər növbədə 2 saat olmaqla, 800-dən artıq tələbə imtahanlarda iştirak edir. Növbəti mərhələdə imtahanlar test qaydasında aparılacaq. Bunun üçün  hazırlıq işləri görülüb, cavab kartları, sual kitabçaları tərtib olunub və sistemə qoşulub. Həmin cavab kartları və sual kitabçaları imtahan günü tələbələrə paylanacaq. Test imtahanlarında 25 sual olacaq. Universitetdə ilk dəfə olaraq cavab kartını yeni alınmış skayner oxuyacaq. 3-cü mərhələdə isə bir fəndən şifahi imtahan olacaq.

İmtahanların 6 gün davam etməsi nəzərdə tutulub.

Xəbər lenti