Logo

Tələbələr üçün "Qış düşərgəsi"nə qeydiyyat davam edir

13.01.2022 11:54 309 baxış
IMG

Təhsil İnstitutunun təşkilatçılığı ilə Quba rayonunda təşkil ediləcək tələbələrin qış düşərgəsinə (Winter bootcamp) qeydiyyat prosesi davam edir.

Tehsil.biz xəbər verir ki, düşərgədə iştirak etmək istəyən tələbələr 24 yanvar 2022-ci il tarixinədək https://anket.edu.az/link/174 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Qeyd edək ki, düşərgə 5-13 fevral 2022-ci il tarixlərində təşkil ediləcək. Məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və qış tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.

Xəbər lenti