Logo

“SABAH” qruplarına müəllim seçimi davam edir

13.01.2022 10:44 631 baxış
IMG

Təhsil Nazirliyinin “SABAH” qruplarında 2021-2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu aparılır.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, namizədlər yanvarın 16-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Hər namizəd ən çox 2 fənn üzrə müraciət edə bilər.

Xəbər lenti