Logo

ARTİ "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir

13.01.2022 09:37 441 baxış
IMG

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

 “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması çərçivəsində aşağıdakı fənni tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir:

  1. Datalogiyaya giriş (Introduction to Data Science)- məlumatlarla işləməyin müxtəlif yolları, məlumat toplusunun təhlilinin nəticələrinin vizuallaşdırılma üsulları, statistik, klaster və reqressiya təhlili metodlarından istifadə edərək proqram yazma və s.;

Namizədlərə qarşı tələblər:

  1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);

  2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;

  3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;

  4. İKT resurslarından sərbəst istifadə bacarıqları;

  5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqdır.

Müraciət üçün son tarix: 19 yanvar 2022-ci il, saat 23:59

Xəbər lenti