Logo

Mərakeş alimləri süni intellekt modeli işləyib hazırlayıblar

13.01.2022 09:24 580 baxış
IMG

Mərakeş tədqiqatçılar və həkimlər qrupu bir sıra məlumat əsasında xəstələnənlər arasında koronavirusun gedişinin ağırlığını proqnozlaşdıra bilən süni intellekt modelinin elmi tədqiqatını dərc edib.

Tehsil.biz xəbər verir ki, “Journal of Big Data” elmi jurnalında dərc edilən tədqiqatda Rabatda Şeyx Zeyd xəstəxanasında koronavirusa yoluxan 337 nəfərin məlumatları əsasında süni intellekt modeli işlənib hazırlanıb və sınaqdan keçirilib. Alimlərin sözlərinə görə, model 100 faiz dəqiqliyi ilə yoluxanlar arasında ağır halları proqnozlaşdırıb.

Bu model səhiyyə sistemi çox yüklənəndə, pandemiyanın pik nöqtəsi dövründə vəziyyəti pisləşdikcə xəstəxanaya yerləşdirilməsi zəruri olan yoluxmuş insanları aşkar etməyə tibb müəssisələrinə kömək edəcək.

Bu elmi tədqiqat üzrə işə bir ilə yaxın müddət sərf olunub. Mərakeşdə koronavirus pandemiyası zamanı süni intellektin işinə həsr olunmuş özünəməxsus ilk tədqiqatdır. (Azərtac)

Xəbər lenti