Logo

Yaşıl Teatrın qara günləri - VİDEO

13.01.2022 09:13 223 baxış
IMG

Əslində böyük məmnuniyyətlə Yaşıl Teatrın uğurlu fəaliyyətindən danışmaq istərdik. Təəssüf ki, geridə qalan illər ərzində bu mədəniyyət mərkəzi nəiki uğur, heç Yaşıl Teart adını belə qazana bilmədi. Fəaliyyət dövründə cəmi bir neçə konsert və tədbirə ev sahibliyi edən bina yalnız gözəl görünüşü ilə diqqət çəkir. O da xaricdən. Çünki tikilinin daxili əsl xarabalığı xatırladır, bir tək bayquşu yoxdur.

İstifadəyə verilən zaman ən son avadanlıq və inventarla təhciz olunan binadan geriyə qalan isə sındırılmış qapılar, ucuq sökük tavan, dağıdılmış divarlar bir də taleyi məlum olmayan maddi texniki bazadır. Min nəfərlik tamaşaçı zalı isə göyərçin yuxasını xatırladır.

Külli miqdarda dövlət vəsaiti hesabına başa gələn binanın bugünki aqibəti yerli sakinləri də təəssüfləndirir.

Ekspert Eynulla Xerullayevin sözlərinə görə, binanın bu vəziyyətə düşməsinə səbəb indiyə kimi heç bir qurumun tabeliyində olmamasıdır. Nəticədə Yaşıl Teatrın taleyi heç kimi maraqlandırmır.

Ən maraqlısı odur ki, Yaşıl Teatrın binası Quba Rayon İcra Hakimiyyətinin cəmi bir neçə mertliyində yerləşir. Elə isə sual yaranır, necə olur ki, bina viran qoyulur və icra hakimiyyətində heç kəs bundan xəbər tutmur? Və ya Yaşıl Teatr nə üçün qısa zamanda bu hala düşüb? Elə bu suallarla Quba rayon icra hakimiyyətinə müraciət etdik. Qurumdan müsahibə verilməsə də icra başçısının birinci müavini Tariyel İbrahimov şifahi olaraq bildirdi ki, bina istifadəyə verilən zaman sənədləşmə işləri aparılmayıb və bu səbədən də heç bir qurumun balansına verilməyib. Bəs nə üçün sonrakı dövrdə bu işlər görülməyib və əmlakı sankı talan edilib sualına isə Tariyel İbrahimov cavab verə bilmədi. Ümid edirik məsələni ictimailəşdirdikdən sonra aidiyyatı üzrə tədbir görülər. Heç olmasa bundan sonra qara buludlar yaşıl teatrın üzərindən çəkilər və bina təyinatına uyğun şəkildə fəaliyyət göstərər.

Xəbər lenti