Logo

Rumıniyada təqaüd proqramı ilə təhsil almaq üçün sənəd qəbulu davam edir

12.01.2022 23:07 524 baxış
IMG

Rumıniya Xarici İşlər Nazirliyi 2022-2023-cü tədris ili üzrə təqaüd proqramı elan edib.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

Təqaüd proqramına martın 15-dək müraciət etmək olar.

Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Xəbər lenti