Logo

Cəsarət Valehov: “Bəzən şagirdlər evdən siniflərə gərgin formada gəlirlər” (VİDEO)

12.01.2022 13:31 2242 baxış
IMG

"Təhsil Nazirliyinin mövqeyi odur ki, məktəblərdə şagirdlər daha təhlükəsiz və özünəgüvənli şəkildə təhsil alsınlar".

Tehsil.biz xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, bəzən şagirdlər evdən siniflərə gərgin formada gəlirlər: “Təhsil Nazirliyinin mövqeyi odur ki, məktəblərdə şagirdlər daha təhlükəsiz və özünəgüvənli şəkildə təhsil alsınlar. Müəllim, şagird, valideyn üçbucağındakı münasibətlərin təməli düzgün qurularsa, təhsildə nailiyyətlər daha yaxşı olar. Bir çox hallarda müşahidə edirik ki, ailədən uşaqlar məktəblərə gərgin şəkildə gəlirlər. Onların bu gərginliyinin aradan qaldırılması üçün müəllim və psixoloqlarla iş aparılmasına ehtiyac var”.

"Nazirlik növbəti aylarda valideyn-icma münasibətlərinin normalaşması üçün geniş müzakirələrə başlayacaq və bununla əlaqədar bir çox platformaların təqdimatı baş tutacaq", -deyə C.Valehov qeyd edib.

Xəbər lenti