Logo

Yaponiyada süni zəka həyat yoldaşı tapmağa kömək edəcək

09.12.2020 18:15 492 baxış
IMG

Yaponiyada süni zəkadan həyat yoldaşı tapmaq üçün istifadə olunacaq.

 

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə süni zəka düzəldən alimlər məlumat verib.

 

Dövlətin də bu layihəni dəstəkləyəcəyi və təşviq edəcəyi bildirilir. Yaponiyanın dünyada təbii artımın ən aşağı olduğu ölkələrdən biri olması rəsmiləri belə bir addım atmağa məcbur edib. Belə ki, süni zəka ailə həyatı qurmaq istəyən şəxslərə xarakterlərinə və istəklərinə uyğun partnyor tapmaqda yardım edəcək.

 

Həmçinin süni zəka vasitəsilə məişət problemləri yaşayan cütlüklərə psixoloji dəstək verilməsi və ailələrin dağılmasının qarşısını bu yolla almaq planlaşdırılır.

Xəbər lenti