Logo

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları nəşr olunub

11.01.2022 12:24 872 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunan “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları çapdan çıxıb.

Tehsil.biz xəbər verir ki, iki cilddən ibarət olan kitab Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materiallarını, İslam sivilizasiyasının təşəkkül və inkişafına dair məruzələri ehtiva edir. Simpoziumda 100-dən çox məruzəçi 11 paneldə – “Qafqazda İslamın yayılması”, “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam incəsənəti, memarlığı və ədəbiyyatı”, “Qafqazda multikulturalizm”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında panellərdə çıxış edib.

Qeyd edək ki, İslamın Qafqazda yaşayan xalqların həyatındakı tarixi rolu və əhəmiyyətinə dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci ilin 9-11 dekabr tarixlərində Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumu yenidən – 11-12 iyun 2019-cu il tarixdə keçirilib. Simpoziumun qarşısında duran əsas məqsəd Azərbaycan mədəniyyətinin əhəmiyyətini, onun mədəniyyətlərin kəsişməsindəki mövqeyini və mühüm cəhətlərini müzakirə obyektinə çevirməkdən ibarət olub.

Xəbər lenti