Logo

Tələbə semestr üçün hansı məbləğdə tələbə təhsil krediti ala bilər? - CAVAB

11.01.2022 10:53 493 baxış
IMG

Semestr (yarımil) üçün kredtin məbləği hər tədris ili üçün ayrı-ayrı təhsil səviyyələri, ayrı-ayrı təhsil müəssisələri və ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbuluna dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsil haqqının yarısı miqdarında müəyyən edilir.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, əgər sosial tələbə təhsil krediti üzrə illik təhsil haqqı 2000 manatdırsa, semestr üçün tələbə təhsil krediti 1000 manat, standart tələbə təhsil krediti üzrə bu məbləğ birinci semestr 600 manat (2000/2-2000*20%), ikinci semestr isə 1000 manat olacaq.

Sosial tələbə təhsil krediti almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı tam məbləğdə və standart tələbə təhsil krediti almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı məbləğinin isə illik təhsil haqqının 20 faizindən çox olan hissəsi tələbə təhsil krediti verilən zaman nəzərə alınmayacaqdır və bu vəsait təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarılmalıdır

Xəbər lenti