Logo

Sabahdan şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq

11.01.2022 10:29 536 baxış
IMG

Yanvarın 12-si saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı (www.sy.edu.az) vasitəsilə sorğuların qəbulu müvəqqəti dayandırılacaq.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsidir.

Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Xəbər lenti