Logo

Azərbaycan Texnologiya Universitetində dekan vəzifələrinə seçkilər keçirilib

11.01.2022 09:58 685 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və idarəetmə, Avtomatika, telekommunikasiya və informatika fakültələrinin dekan vəzifələrinə seçkilər keçirilib. 

Tehsil.biz xəbər verir ki, 10 yanvar 2022-ci il tarixində keçirilən seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” nın tələblərinə uyğun təşkil edilib. 

Gizli səsvermənin nəticəsinə əsasən dosent Xalidə Ağayeva 100% səslə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilib. 

Dosent Rövşən Hacıyev isə bütün səsləri toplayaraq Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı seçilib.

Xəbər lenti