Logo

Ölkə üzrə 55 təhsil müəssisəsində təmir-tikinti işləri aparılır

10.01.2022 17:50 587 baxış
IMG

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə ölkə üzrə 55 təhsil müəsissəsində təmir və tikinti işləri aparılır.

"Tehsil.biz"in xəbərinə görə, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təmir və tikinti işləri aparılan müəssisələrdən 7-si Bakı şəhərində, 48-i (30 rayon üzrə o cümlədən Cəbrayıl, Ağdam rayonları və Şuşa şəhəri) isə regionlardadır.

"Bunlardan 3 peşə liseyi və 4 məktəbdənkənar təhsil müəssisəsində də əsaslı təmir və tikinti işləri aparılır" - deyə məlumatda qeyd olunub.

Xəbər lenti