Logo

Şəmkir rayon Təhsil Şöbəsinin rəhbər heyəti məktəblərdə yoxlamalara başlayıb

10.01.2022 16:10 603 baxış
IMG

Şəmkir rayon Təhsil Şöbəsinin rəhbər heyəti, əvvəlcədən məktəb direktorları və müavinlərə məlumat vermədən onların dərs dinləmələrlə bağlı gördüyü işlər, pedaqoji heyətinin və şagirdlərin dərsə davamiyyəti ilə əlaqədar məktəblərdə yoxlamalara başlayıb.

Tehsil.biz xəbər verir ki, 10.01.2022-ci il tarixində  Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev rayonun C.Rüstəmov və M.Füzuli adına tam orta məktəblərində olmuş, bir neçə dərs saatını dinləmiş və şagird - müəllim heyətinin dərsə davamiyyəti ilə yaxından tanış olub.

Sonda rəhbərlik məktəblərdə gördüyü nöqsan və çatışmamazlıqların aradan qaldırılması ilə əlaqədar həmin məktəblərin direktor və müavinlərinə, eyni zamanda sinif rəhbərlərinə ciddi tapşırıqlar verib.

Xəbər lenti