Logo

Salyanda “Gənclərin xaricdə təhsil imkanları” adlı təlim keçirilib

10.01.2022 14:34 462 baxış
IMG

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “Gənclərin xaricdə təhsil imkanları” layihəsi çərçivəsində təlim keçirilib.

Mərkəzin Salyan üzrə nümayəndəliyindən verilən məlumata görə, təlim Polşada magistr təhsili almış və hazırda Latviyanın “RISEBA” Universitetinin doktorantura pilləsi üzrə təhsil alan Əli Novruzovun təqdimatında baş tutub. Təlimdə xaricdə təhsil imkanları, lazım olan sənədlər, xaricdə təhsilin müsbət cəhətləri, təhsil müddətində qazanılan təcrübələr, dövlət xətti ilə xaricdə təhsil və təhsil müddətində xərclər haqda məlumat verilib.

Sonda gənclər xaricdə təhsil istəklərini, xəyallarındakı təhsil arzularını paylaşıblar və onları maraqlandıran suallar cavablandırılıb. Təlimin məqsədi region gənclərinin xarici təhsil imkanlarından məlumatlı olmasıdır.

Xəbər lenti