Logo

Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı yayılan xəbərlərə AYDINLIQ GƏTİRİLİB

10.01.2022 09:41 1700 baxış
IMG

Ötən gün sosial şəbəkələrdə Paytaxtın Xətai rayonunda yerləşən 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülüməsi ilə bağlı məlumatlar yayılır.

Yayılan məlumatlarda hadisə zamanı müəllimin komaya düşdüyü də bildirilir.

Məsələ ilə bağlı 17 nömrəli məktəbdən "Tehsil.biz"ə verilən açıqlamada belə bir hadisənin baş vermədiyi, yayılan məlumatların təxribat xarakterli olduğu qeyd edilib:

"Məktəbdə belə bir hadisə baş verməyib. Müəllimin şagirdlər tərəfindən döyülməsi tamamilə yalandır. Bu məktəb Bakının ən yüksək nəticə göstərən məktəblərindən biridir. Burada təhsil alanların əksəriyyəti nümunəvi şagirdlərdir. Hesab edirik ki, yayılan məlumatlar təxribat xarakter daşıyır”.

Fəqan Əzimli

Xəbər lenti