Logo

Alimlər 70 ildən sonra Yerə təhlükəli şəkildə yaxınlaşacaq asteroid aşkarlayıblar

09.01.2022 15:44 581 baxış
IMG

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

AZƏRTAC Rusiyanın "Roskosmos” dövlət korporasiyasının saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun alimləri 2095-ci ilin aprelin 5-də Yerə yaxınlaşacaq və çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxın olan asteroidə "UL17" adı verilib.

Asteroidin Yerlə toqquşma ehtimalı 0,02 faiz təşkil edir.

Xəbər lenti