Logo

Məktəblilər arasında keçirilən breyn-rinq intellektual oyununun qalibləri müəyyənləşib

08.01.2022 11:37 636 baxış
IMG

Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil olunub.

Nazirlikdən bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Yarışda 106, 139, 166, 233, 288, Qobu qəsəbəsi 1, 2 və 3 nömrəli tam orta məktəblərin komandaları iştirak edib. 5 turdan ibarət olan yarışa 8 və 9-cu sinif şagirdləri qatılıb.

Yarışın nəticələrinə əsasən, 166, 233 və 288 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Qalib komandaya kubok, II və III yeri tutan komandalara isə diplom təqdim olunub.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyətə başlayan “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərməkdir.

“Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsində, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Xəbər lenti