Logo

İnsan beynini oxuyan robot yaradıldı

08.01.2022 08:56 709 baxış
IMG

Çinli alimlər beyin dalğaları və əzələ aktivliyini izləyərək, insan beynini oxuya bilən geyinilən robot istehsal ediblər.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər robotun 96 faiz insan zehnini oxuya bildiyini irəli sürüblər.

Robotun işləməsi üçün hər hansı əmr verməyə ehtiyac yoxdur, sadəcə düşünməklə robot işə düşür.

Robot Çində bir fabrikdə işləyənlər üzərində sınaqdan keçirilib və düşüncəyə anında reaksiya verdiyi müəyyənləşdirilib.

Ancaq robotun dəqiq nəticə verməsi üçün insanların bir şey haqqında düşünməlidirlər, dağınıq düşüncələr robotun fəaliyyətini məhdudlaşdırır.

Xəbər lenti