Logo

Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işləri aparılır

07.01.2022 17:23 466 baxış
IMG

Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələri qurumun tabeliyinə verildikdən sonra hansı işlərin görüldüyünü açıqlayıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Təhsil Nazirliyi bu mövzuda müvafiq qurumlarla təhvil-təslim işləri aparır.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.

Xəbər lenti