Logo

Peşə təhsili müəssisələrinə qəbul olan şəxslərin sayı 12 faiz artıb

07.01.2022 17:09 483 baxış
IMG

2021-2022-ci tədris ili peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron qaydada aparılıb.

Tələbə qəbulu “Portal.edu.az” platforması üzərindən 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə həyata keçirilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 24 min 600 müraciət daxil olub, 16 min 594 nəfər isə tələbə adını qazanıb. Əvvəlki tədris ili ilə müqayisədə qəbul olan şəxslərin sayı 12 faiz artıb.

Xəbər lenti