Logo

ABŞ-ın Azərbaycandakı Səfirliyinin və SDU-nun birgə təşkilatçılığı ilə keçirilən təlimlərin I mərhələsi başa çatdı

07.01.2022 15:47 633 baxış
IMG

ABŞ-ın Azərbaycandakı Səfirliyinin və SDU-nun birgə təşkilatçılığı ilə keçirilən təlimlərin I mərhələsi yekunlaşdı.

Tehsil.biz xəbər verir ki, oktyabrın 18-dən SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşəbbüsü ilə universitetin ingilis dili müəllimlərini beynəlxalq səviyyədə tətbiq edilən yeni tədris metodları ilə tanış etmək və dil bacarıqlarının akademik səviyyədə istifadəsini inkişaf etdirmək məqsədilə ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən “Akademik məqsədlər üçün ingilis dili” adlı 11 həftəlik təlimlərinə start verilmişdir.

“Akademik məqsədlər üçün ingilis dili” və “İngilis dilində akademik yazı” kursunun təlimçisi ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təqdim olunmuş ingilis dilinin tədrisi metodikası və “TESOL” üzrə mütəxəssis Michael Moak idi. Təlimin yekununda ümumi onlayn imtahan təşkil olundu. Təlimlərdə aktiv iştirak edərək yüksək müvəffəqiyət göstəricisi əldə etmiş iştirakçılar ABŞ Səfirliyinin sertifikatlarına layiq görülmüşlər.

Qeyd edək ki, cari ilin fevral ayının 15-dən təlimlərin növbəti mərhələsi SDU-nun digər fənnlərini tədris edən müəllim-pedaqoji heyəti üçün nəzərdə tutulur.

Xəbər lenti