Logo

Bu tarixdə şagirdlərin yerdəyişməsi DAYANDIRILACAQ

07.01.2022 14:27 1045 baxış
IMG

Yanvarın 12-də saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, portalın fevral ayının II yarısında aktiv edilməsi planlaşdırılır.

Cəsarət Valehov, həmçinin bildirib ki, eyni zamanda buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Xəbər lenti