Logo

Dərslər distanta keçəcək? - Təhsil Nazirliyindən AÇIQLAMA

07.01.2022 13:40 4037 baxış
IMG

Hazırda ölkədə fəaliyyət göstərən orta təhsil ocaqlarında şagirdlər arasında yoluxma halları artıb. Müəyyən məktəblərin siniflərində şagirdlər arasında yoluxma simptomları (yüksək hərarət, öskürək və s.) müşahidə edilir.

Bu vəziyyət valideynlərin haqlı narazılığına səbəb olub. Virusa yoluxan şagirdlər ənənəvi tədrisi davam etdirərək digər məktəbli yoldaşlarını da yoluxdururlar. Vəziyyət belə olan halda sual yaranır. Bu cür məktəbələrdə ənənəvi tədris yenidən distant təhsillə əvəz oluna bilərmi?

Mövzu ilə Təhsil Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalara uyğun olaraq ümumtəhsil müəssisələrində təhsilalan və təhsilverənlər arasında COVİD-19-a yoluxma halları baş verdikdə yoluxmanın miqyasından asılı olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə tədrisin forması dəyişdirilərək distanta keçirilir. Hazırda ölkədə mövcud olan 60 000 sinfin cəmi 28-i və 4 400-dən artıq məktəbin cəmi biri distant formada tədris aparır.

Xəbər lenti