Logo

"Universitetlərin rəqabət üstünlüklərinin müəyyən edilməsi diqqətdən kənarda qalır" - REKTOR

07.01.2022 13:12 428 baxış
IMG

"Ali təhsil sisteminin bütövlükdə təkmilləşməsində uğurlarla yanaşı,​ bu sistemin ən vacib elementi olan universitetlərdə, idarəolunmada, elmi fəaliyyətin və tədrisin təşkilində hələ də bir sıra sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır. Fikrimcə, universitetlərı sovet mirasından​ xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, UNEC də daxil olmaqla sovet mirasının ölkəmizdə sovetlər dönəmində yaradılan və fəaliyyətini davam etdirən ən azından bütün dövlət universitetlərinə xasdır:

"Yəni, söhbət konkret olaraq hər hansı bir universitetdən getmir. Beləliklə, sovetlər dönəmində yaradılmış dövlət universitetlərinin idarəetmə mədəniyyəti dəyişməz olaraq qalmaqdadır".

Ədalət Muradovun sözlərinə görə, idarəetmə sistemi əəsas məqsəd olaraq universitetlərin güclü tərəflərini müəyyən etməklə onları daha da inkişaf etdirmək əvəzinə, mövcud olan zəif tərəflərin aradan qaldırılmasına köklənib:

"Başqa sözlə, universitetlərin rəqabət üstünlüklərinin müəyyən edilməsi və həmin üstünlüklər hesabına irəliyə çıxmaq imkanları diqqətdən kənarda qalır. Zəif məqamların aradan qaldırılmasının prioritet  hesab edilməsi dünya səviyyəli universitetlər səviyyəsinə yüksəlməyi çox-çox çətin və hətta mümkünsüz edir".

Xəbər lenti