Logo

Bakı Dövlət Universitetində uğurlu tədqiqatlar davam edir

07.01.2022 12:33 599 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun və AMEA-nın vitse- prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın həmmüəllifi olduqları “Ananas comosus meyvə qabıqlarından istifadə edərək gümüş nanohissəciklərinin ekoloji cəhətdən təmiz sintezi: antixərçəng və antimikrob təsirlər” (Ecofriendly Synthesis of Silver Nanoparticles Using Ananas comosus Fruit Peels: Anticanser and Antimicrobial Activities) adlı məqalə Web of Science bazasında Q1 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Bioinorganic Chemistry and Applications” jurnalında dərc olunub (https://www.hindawi.com/journals/bca/2021/2058149/).

Tehsil.biz xəbər verir ki, məqalədə Ananas comosus meyvə qabıqlarından istifadə edərək gümüş nanohissəciklərinin yaşıl sintezindən bəhs edilir. Son dövrlərdə metal nanohissəcikləri, xüsusən də gümüş nanohissəciklərinin bir çox istiqamətlərdə, o cümlədən tibdə geniş istifadə olunduğunu məlumdur.

Bu baxımdan görülən elmi-tədqiqt işi yüksək aktuallığa malikdir. Aparılan tədqiqatlar nəticəsində alınmış gümüş nanohissəcikləri bir çox müasir metodlardan istifadə olunaraq tədqiq edilib (UV-Spektrofotometriya, Skanedici Elektron Mikroskopu, XRD analiz və s.). Həmçinin, məqalədə gümüş nanohissəciklərinin bəzi patogen mikroorqanizmlərə qarşı antimikrob, o cümlədən xərçəng hüceyrələrinə qarşı inhibirləşdrici təsiri müəyyən edilmişdir.

Xəbər lenti