Logo

Bakıda məktəbdə yanğın, şagirdlər təxliyə edildi - FOTO/ VİDEO

07.01.2022 09:02 1085 baxış
IMG

Bu gün səhər saatlarında Bakıda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

“Tehsil.biz"in məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Qeyd edək ki, sözügedən təhsil ocağının köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-ci ildə 960 nəfərlik yeni məktəb binası tikilib.

(Qafqazinfo)

Xəbər lenti