Logo

Qaynaqçı ixtisası üzrə təlimlər təşkil olunacaq

06.01.2022 12:01 415 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi qaynaqçı ixtisası üzrə təlimlər təşkil edəcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ənənəvi formatda (emalatxanada) keçiriləcək təlimdə iştirak üçün ərizə qəbulu yanvarın 15-dək aparılacaq. İştirakçılar qaynaq işləri zamanı əmək təhlükəsizliyi, qaynaq standartları və texnologiyası haqqında ümumi məlumat alacaqlar. Onlar, həmçinin bütün fəza vəziyyətlərində elektrik əl qövs qaynağı ilə qaynaq tikişinin qurulmasını, metal birləşdirmə prosesini öyrənəcəklər. Təlim iştirakçıları volfram elektrodlar və onların standartları, GTAW qaynağı vasitəsilə bütün fəza vəziyyətlərində müxtəlif qaynaq tikişinin yerinə yetirilməsi, qaynaq edilən metalların vizual və texniki üsulla yoxlanması haqqında biliklər əldə edəcəklər.

Təlim 3 modul üzrə 11 həftə (128 saat) davam edəcək. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti