Logo

Zaqatalada körpələr evi-uşaq bağçası yanır

06.01.2022 08:50 494 baxış
IMG

Bu gün səhər saat 07:50-də Zaqatala rayonunun Bəhmətli kəndində fəaliyyət göstərən, ümumi sahəsi 200 kvadratmetr olan 75 uşaq yerlik körpələr evi - uşaq bağçasında yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər aparılır.

Xəbər lenti