Logo

Şagirdinə peyvənd vuran müəllim həbs edildi

05.01.2022 10:02 684 baxış
IMG

Nyu-Yorkda heç bir rəsmi tibbi ixtisası olmayan məktəb müəllimi 17 yaşlı şagirdinə COVID-19 əleyhinə peyvəndi vurub.

Xarici KİV xəbər verir ki, Biologiyadan dərs deyən müəllimə Laura Russo buprosesi adı açıqlanmayan şagirdin evində həyata keçirib. Belə ki, həmin görüntüləri sosial şəbəkədə paylaşan yeniyetmə isı müəlliminin həbsinə səbəb olub.

Polislər 54 yaşlı müəlliməni saxlayaraq, bölməyə aparıblar. Onun 4 il müddətində azadlıqdan məhrum edilcəyi bildirilir.

Həkimlər isə 17 yaşlı yeniyetmıyə baxış keçiriblər. Bildirilir ki, peyvənd yanlış tətbiq olunarsa, enjeksiyonlar təhlükəli ola bilər. Şagird nəzarətə alınıb.

Xəbər lenti