Logo

Dendrologiya İnstitutunda ötən il 31 elmi nəticə əldə olunub

04.01.2022 18:00 665 baxış
IMG

2021-ci ildə AMEA Dendrologiya İnstitutunun 8 laboratoriyasında 5 elmlər və 13 fəlsəfə doktoru tərəfindən aparılan elmi-tədqiqat işlərini əks etdirən 31 nəticə alınıb. Onlardan bir neçəsi ən mühüm nəticə kimi seçilib.

Bu barədə institutdan məlumat verilib.

Bildirilib ki, Qarabağın biomüxtəlifliyinin öyrənilməsi məqsədilə institutun rəhbərliyi və əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə Zəngilan rayonunun Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlər aparılıb, qoruğun ərazisində bitki taksonlarının təbii arealı araşdırılıb, ərazinin ekoloji vəziyyəti, antropogen təsirə məruz qalması səviyyəsi öyrənilib, 27 növ ağac, 18 növ kol və 11 növ ot bitkisi qeydə alınıb. Bunlardan 5 növ “Qırmızı kitab”a daxildir.

Xəbər lenti