Logo

Ofisiant ixtisası üzrə qısamüddətli təlimə elektron ərizə qəbul olunur

04.01.2022 13:07 447 baxış
IMG

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ofisiant ixtisası üzrə qısamüddətli təlimə qəbul elan edib.

Tehsil.biz xəbər verir ki, təlimdə iştirak etmək üçün elektron ərizələrin qəbulu yanvarın 10-dək davam edəcək. Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və tərəfdaş müəssisələrin nəzdində keçiriləcək.

Təlimlərə ofisiant ixtisası üzrə işləmək istəyənlər müraciət edə bilərlər. Seçim zamanı təlimdə iştirak etmək motivasiyası nəzərə alınacaq, həmçinin qida və içki xidməti üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. İştirakçılar restoranların tarixi, mədəniyyəti, inkişaf prosesi, mükəmməl qida və içki xidmətinin əsasları, etiket qaydaları, beynəlxalq standartlar, restoran biznesində istifadə edilən əsas terminlər, qüsursuz qonaq xidməti, ünsiyyət, özünü və məhsulu güvənli təqdim etmək kimi istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnəcəklər. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.

Xəbər lenti