Logo

Azərbaycanlı pianoçu beynəlxalq müsabiqədə uğura imza atıb

04.01.2022 10:03 769 baxış
IMG

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin yetirməsi beynəlxalq müsabiqədə uğura imza atıb.

Məktəbin 7-ci sinif şagirdi Nuray Allahverdiyeva çexiyalı bəstəkar Karl Cerninin 230 illiyinə həsr olunmuş ifaçı yarışana qatılaraq yadda qalan çıxış edib.

Gənc ifaçı Nur-Sultan şəhər mədəniyyət idarəsinin dəstəyi ilə təşkil edilən “Astana ulduzları” beynəlxalq festivallın laureatı olub. Onun çıxışı 1-ci dərəcəli diploma layiq görülüb.

Nurayın uğurunu onu müsabiqəyə hazırlayan müəllimi Yasəmən Bəşirova bölüşüb.

Xəbər lenti