Logo

Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxsləri təltif edilib

30.12.2021 14:05 653 baxış
IMG

29 dekabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ilin yekunlarına dair seçilmiş peşə təhsil müəssisələrinin rəhbər heyəti ilə görüş keçirilib. Tədbirdə peşə təhsili sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə 8 direktor və 5 direktor müavini təşəkkürnamələrlə təltif edilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, direktor müavini Ceyhun Kərəmov, şöbə müdirləri və bir qrup peşə təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak edib.

Agentlik rəhbəri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə peşə təhsil müəssisələrinin nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, 2021-ci ilin yekunlarına dair fikirlərini bölüşüb. Yola saldığımız il ərzində peşə təhsili sahəsində görülən işlərin keyfiyyətindən məmnunluğunu dilə gətirən Valeh Mirzalıyev 2022-ci ildə nəzərdə tutulan peşə təhsil müəssisələrinin işinin daha effektiv icrası üçün tövsiyə və təkliflərini verib.

Xəbər lenti