Logo

Bu il 45 yeni peşə təmayüllü sinif açılıb

30.12.2021 12:07 545 baxış
IMG

2021-2022-ci tədris ilində 45 yeni peşə təmayüllü sinif açılıb.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla da bu siniflərin sayı paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə 124-ə çatdırılıb. Yeni siniflərin açılması ilə layihə minimum 2387 şagirdi əhatə edir. Həmçinin cari tədris ilindən bütün məktəblərdə “STEAM” modulunun tətbiqi, 35 məktəbdə “Sürücülük” modulu və 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq ediləcək.

Nazirlikdən həmçinin bildirilib ki, üç peşə təhsili müəssisəsi publik hüquqi şəxs statusu əldə edib.

Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması tədbirləri çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçib.

Xəbər lenti