Logo

Ali təhsil ocağında “Bədən tərbiyəsi və idman” kafedrasının baş müəllimi Həbib Məmmədovun 70 illik yubileyi qeyd olunub

29.12.2021 13:22 963 baxış
IMG

Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev ömrünün 40 ilini pedoqoji fəaliyyətə həsr edən Həbib Məmmədov haqqında fikirlərini səsləndirib. Qeyd olunub ki, Həbib müəllim kollektiv içində müəllim və tələbələrin xüsusi hörmətini qazanıb. Həbib Məmmədov ölkədə və muxtar respublikanın idman mühitində fərqlənən idmançı kadrların yetişməsində mühüm rol oynayıb-deyə Elbrus İsayev bildirib. Vurğulanıb ki, keçirilən dərslərin nəticəsi olaraq universitetin idman komandaları beynəlxalq və ölkə səviyyəsində keçirilən yarışlarda fəal iştirak edərək ali təhsil ocağının idman uğurlarını daha da artırırlar.

Tehsil.biz xəbər verir ki, Pedoqoji fakültənin dekanı, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev vaxtilə müəllimi olan və illərdir birgə çalışdığı Həbib müəllimin universitetdəki fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Həbib Məmmədov işlədiyi müddətdə çalışıb ki, tələbələrə lazımi fiziki və mənəvi hazırlığın verilməsinə nail olsun. Bildirib ki, fəaliyyət göstərdiyi illər ərzində Həbib müəllimin orta məktəblərdə ibtidai siniflər üçün nəzərdə tutulan1 dərs vəaiti, 3 Fiziki tərbiyənin tədrisi proqramı, 53 məqalə və konfrans materialı nəşr olunub.

“Bədən tərbiyəsi və idman” kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev dərslərdə hər zaman gənc ruhlu olmağı ilə seçilən və tələbələrlə həvəslə çalışan yubliyarın kafedranın elmi göstəricilərinin artırılmasında önəmli rola malik olduğunu diqqətə çatdırıb.

Universitet İdman klubunun sədri, pedoqogika üzrə fəlsəfə dotoru, dosent Məmmədəli Rəhimov uzun illərdir birgə çalışdığı Həbib müəllimin yüksək insani keyfiyyətlərə sahib olmağından danışıb.

Yubliyarın oğlu Səyyar Məmmədov Həbib müəllimin bir ata kimi qayğıkeş, diqqətcil, öz övladlarına mehriban münasibətindən danışıb.

Çıxış edənlər yubiliyara möhkəm can sağlığı və işlərində uğurlar arzu edərək hədiyyələr təqdim ediblər.

Sonra rektor universitetin fəxri fərmanını və gül dəstəsini hədiyyə edib.

Daha sonra yubliyar göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda Həbib Məmmədovun fəaliyyət göstərdiyi illər ərzində müəllifi olduğu elmi əsər və məqalələrə lərə baxış olub.

Qeyd edək ki, Məmmədov Həbib Misir oğlu 1951-ci il dekabrın 21-də Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1973-cü illərdə Azərbaycan Bədən Tərbiyə İnstituna daxil olaraq 1977-ci ildə həmin institu fərqlənmə diplomu ilə bitirib. 1977-1979-cu illərdə Kükü və 1979-1980-ci illərdə Şıxmahmud kənd tam orta məktəbində müəllim işləyərək şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub. 1981-ci ildən Azərbaycan Pedoqoji İnstitunun Naxçıvan filialı (indiki Naxçıvan Dövlət Universitetində) “Bədən tərbiyəsi və idman” kafedrasında müəllim işləyir.

Xəbər lenti