Logo

BŞTİ: Birinci sinfə 46 mindən çox uşaq qəbul olunub

29.12.2021 12:50 776 baxış
IMG

Bu il birinci sinfə 46 mindən çox uşaq qəbul olunub.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə  2021-2022-ci dərs ili üçün 46 479 uşaq qəbul edilib.

Həmçinin qeyd olunub ki, 25 444 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 275  ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 25 444 uşaq cəlb olunub.

Xəbər lenti