Logo

Gömrük Akademiyasında “Brain league” adlı intellektual yarışın final turu keçirilib

29.12.2021 11:11 576 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Brain league” adlı tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı məqsədini daşıyan 3 turdan ibarət olan intellektual yarışın final turu keçirilib.

9 komanda ümumilikdə 45 tələbənin iştirakı ilə keçirilən gərgin və maraqlı mübarizənin sonunda 1-ci yerə -Young Hawks, 2-ci yerə - İntellectus, 3-cü yerə Polaris komandaları layiq görülüb. 

Yarışın sonunda komandalara sertifikatlar təqdim olunub.

Xəbər lenti