Logo

Barista ixtisası üzrə təlimdə iştirak etmək üçün ərizə qəbulu aparılır

29.12.2021 10:38 768 baxış
IMG

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi barista ixtisası üzrə qısamüddətli təlimə qəbul elan edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, agentliyin və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimdə iştirak etmək üçün elektron ərizələrin qəbulu 2022-ci il yanvarın 10-dək aparılacaq.

Təlimlərə barista ixtisası üzrə işləmək istəyən şəxslər müraciət edə bilərlər. Seçim zamanı təlimdə iştirak etmək motivasiyası nəzərə alınacaq, həmçinin qida və içki xidməti üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Təlim zamanı iştirakçılara qəhvənin tarixi, üyüdülmə və dəmlənmə prosesləri, “espresso” maşınının hissələri, ondan istifadə qaydaları, südün növləri, seçilməsi və köpükləndirilməsi, “espresso” qəhvə içkilərinin hazırlanması, qonaqlara qəhvə xidmətinin göstərilməsi və satışı üzrə bilik və bacarıqlar öyrədiləcək. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunacaq.

Xəbər lenti