Logo

“PetroBowl 2022” yarışmasının qalibi müəyyən olunub

29.12.2021 09:56 707 baxış
IMG

“PetroBowl 2022” yarışmasının Bakı Ali Neft Məktəbi (BANM) üzrə qalibi müəyyən olunub. Neftçi Mühəndisləri Cəmiyyətinin Bakı Ali Neft Məktəbi bölməsinin (SPE BHOS) təşkil etdiyi "PetroBowl"  yarışması Bakı Ali Neft Məktəbinin 10 illiyinə həsr olunub. Yarışma tələbələrin bilik və  bacarıqların artırılması, eləcə də gənclər arasında əlaqələrin inkişafına yönəlib. 

"PetroBowl" yarışması iki mərhələdən - seçim və final turlarından ibarət olub. Ümumilikdə 11 komandanın iştirak etdiyi yarışmanın seçim turunda 8 komanda fərqlənərək final mərhələsinə yüksəlib. Bakı Ali Neft Məktəbinin müəllim, tələbə və məzun kollektivindən ibarət “Voluntary Obligation” komandası ən yüksək nəticə göstərərək I yeri qazanıb. UFAZ tələbələrini təmsil edən “Ginzels” komandası və BANM-in 4-cü kurs tələbələri və məzunlarından ibarət “PetroBowllers” komandası isə II və III yerləri bölüşüblər. Yarışmanın qalibləri sertifikatlar ilə mükafatlandırılıblar.

Yarışmanın əsas məqsədi Beynəlxalq turnir olan "PetroBowl" yarışmasının beynəlxalq mərhələsinə hazırlıq üçün kömək etmək və təmsilçi hazırlamaqdır. Yarışmanın ölkədaxili mərhələsində BANM  ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Xəzər universitetləri də təmsil olunur.

“PetroBowl” yarışması əsasən mühəndis tələbələrinin bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün keçirilən beynəlxalq yarışmadır. Yarışı əsasən Neft Mühəndisləri Cəmiyyəti (SPE - Society of Petroleum Engineers) regional və beynəlxalq səviyyədə təşkil edir. SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesinin bütün dünya üzrə təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərini aparıb nəticələrini təqdim etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.

Xəbər lenti