Logo

AzTU-nun tələbə və məzunlarının daha bir uğuru

28.12.2021 19:55 663 baxış
IMG

Son illərdə müasir idarəetmə üsulu ilə diqqət çəkən “166 Yükdaşıma və Logistika” şirkəti növbəti “Logistika akademiyası” təcrübə proqramının yekun tədbirini keçirib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov, karyera mərkəsinin müdiri Təhminə Yaqubova təmsil edib.

Qeyd olunub ki, üç il ardıcıl olaraq davam edən təcrübə proqramına bu il də ölkənin bir sıra universitətlərinin dördüncü kurs tələbələri, məzunları və magistr pilləsində təhsil alan tələbələr qatılıblar. İştirakçılar 3 ay müddətində şirkətin müxtəlif departamentlərində praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlar əldə ediblər. Təcrübə proqramında AzTU-nun 10-dan artıq tələbə və məzunu iştirak edib.

Proqramı uğurla başa vuranlara müvafiq sertifikatlar təqdim olunub. Həmçinin, vakant yerlərin sayına uyğun olaraq gənc kadrlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə ediblər.

Xəbər lenti