Logo

Peşə liseylərində gələn il keçiriləcək imtahanların vaxtı müəyyənləşdirilib

28.12.2021 18:39 515 baxış
IMG

Peşə liseylərinin şagirdləri üçün 2022-ci ildə buraxılış imtahanı fevralın 27-də keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanının isə fevralın 28-də keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, DİM 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.

Xəbər lenti