Logo

Şəmkir rayon təhsil işçiləri tərəfindən şəhid ailələri ziyarət olunub

27.12.2021 19:47 571 baxış
IMG

26.12.2021-ci il tarixdə Şəmkir Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə RTŞ-nin metodiki kabinet müdiri əvəzi Amin Aliyev və məktəb rəhbərləri şəhid ailələrinə baş çəkmişlər.

Amin Aliyev və S.Vurğun adına Təzəkənd tam orta məktəbin direktoru Sevda Məmmədova, Fizuli kənd tam orta məktəbin direktoru Şahsuvar İbrahimov, İ.Əliyev adına Fizuli qəsəbə tam orta məktəbin direktoru Bahar Məlikova, B.Rüstəmov adına Dəllər-Cəyir tam orta məktəbin direktoru İlqar Qurbanov ilə  şəhid Bəşir Həsənov, Anar Hüseynli, Rüstəm Məmmədov və Elşən Yunislinin,  Əliyaqublu kənd tam orta məktəbin direktor müavini Ceyhun Əhmədov ilə isə Babək Namazovun ailələrinə baş çəkərək onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik etmişlər. 

Şəhid ailələri ilə görüş zamanı Amin Aliyev onlara möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Təhsil naziri Emin Əmrullayevin, və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin bayram təbriklərini çatdırmışdır.

Xəbər lenti