Logo

Məktəb ləvazimatları mağazasında pirotexniki vasitələr satan şəxs SAXLANILDI - FOTO

27.12.2021 15:36 471 baxış
IMG

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəb ləvazimatları mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Bazar” adlanan ərazidə məktəb ləvazimatları mağazasında pirotexniki vasitələrin gizli şəkildə satılması barədə polisə məlumat daxil olub.

Obyektə keçirilən baxış zamanı oradan külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb. Mağazanı işlədən Aqşin Əsədov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

oxu.az

Xəbər lenti