Logo

Azərbaycanlı idmançı Rusiyada mütləq çempion oldu - FOTO/VİDEO

27.12.2021 12:13 605 baxış
IMG

Bu gün Rusiyanın Barnaul şəhərində dünya mükafatçısı, ikiqat Avropa çempionu, Əməkdar idman ustası Sergey Xoroxordinin şərəfinə 15-ci dəfə idman gimnastikası üzrə turnir keçirilib.

"Tehsil.biz" in xəbərinə görə, bu yarışda Azərbaycan idman gimnastikası məktəbinin nümayəndəsi Hüseyn Xəlilov da iştirak edib.

Bu yarışda Novosibirsk şəhərini təmsil edən idmançı çoxnövçülükdə (6 hərəkətin cəmi) mütləq çempion olub. Hüseyn Xəlilova təşkilatçılar tərəfindən qızıl medal, kubok və diplomdan başqa, maqnitofon və pul mükafatı verilib.

http://baku.tv/embed/48358

oxu.az

Xəbər lenti