Logo

Heydər Əliyevin anım gününə həsr olunmuş şahmat üzrə respublika birinciliyinə yekun vurulub

26.12.2021 20:00 428 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinə yekun vurulub.

Tehsil.biz xəbər verir ki, nəticələrə əsasən, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 1a3 sinif şagirdi Orman Atilla üzrə I yerə, 31 nömrəli tam orta məktəbin 3d sinif şagirdi Mirzəliyeva Fatimə II yerə layiq görülüb.

Qalib şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medal ilə təltif olunub.

Xəbər lenti