Logo

Elmdə dönüş yaradacaq hadisə - VİDEO

26.12.2021 11:33 632 baxış
IMG

Dünən günorta saatlarında Cənubi Amerikada yerləşən Quiana kosmodromundan “Ariane 5” daşıyıcı raketi “Ceyms Webb” teleskopu kosmosa göndərilib.

Bu, bəşəriyyətin malik olduğu ən güclü kosmik teleskopdur.

1996-cı ildən etibarən planlanan və ərsəyə gətirilən bu teleskop 10 milyard dollara başa gəlib. Teleskopla 4 mövzunun araşdırması aparılacaq. Onlardan ən vacibi “Big Bang” partlayışından sonra ortaya çıxan ilk ulduzlar və protoqalaktikaları tədqiq etməkdir.

Bu isə hazırda 13,8 milyard yaşı olan Kainatın hələ 300 milyon ilində baş verən hadisələrə açılan pəncərə deməkdir.

Xəbər lenti